NİYƏ MƏHZ TURNİKET SİSTEMLƏRİ?

Turniket sistemləri vasitəsilə otellərin, plazaların, məktəblərin, idman zallarının giriş-çıxışlarında baş verə biləcək xaosun qarşısını almaq mümkündür.

TRİPOD TURNİKETLƏR

Üçqollu turniketlər olaraq da tanınan tripod turniket modelləri ən çox istifadə edilən turniket sistemidir. Müştərinin ehtiyacına bağlı olaraq bu tipli turniketlərə jeton mexanizması da daxil edilə bilər.

VİP TURNİKETLƏR

Özəl şəxlərin və fiziki məhdudiyyətli şəxslərin giriş-çıxışını, eləcə də daşınması gərəkən böyük əşyaların keçidini təmin etmək üçün məhz VİP turniket modellərinə etimad olunur.

SÜRƏTLİ KEÇİD TURNİKETLƏRİ

Sürətli keçid turniketlərinin istifadəsinə hava limanlarında, metrolarda qısacası giriş-çıxışın dinamik olduğu məkanlarda üstünlük verilir. Fərqli dizayn seçimləri olan bu turniket modellərinə tələbat günü-gündən artmaqdadır.

BOY TURNIKETLƏR

Bir məkana kənar şəxslərin girişini tam şəkildə məhdudlaşdırmaq üçün boy turniketlər sistemindən istifadə olunur. Əsasən stadion və xüsusi obyektlərdə quraşdırılan bu turniketlərə yüksək təhlükəsizlik ehtiyacına görə üstünlük verilir.

Haqqımızda

AZINTech MMC şirkəti olaraq TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİ sahəsində 20 ili aşan təcrübəmiz ilə Azərbaycanda bir sıra proyektlərə imzamızı atmış olmaqdan qürur duyuruq.

Biz bir müəssisənin ehtiyac duya biləcəyi bütün növ elektron təhlükəsizlik və nəzarət məhsullarını təmin edərkən “SİZİN RAHATLIĞINIZ ÜÇÜN” şüarı altında böyük həssaslıqla çalışırıq. Çünki sizin rahatlığınızın təminatı bizim uğurumuzdur.

Hədəfimiz müştəri məmnuniyyətini ön planda tutaraq ticarət qaydalarına və etikasına müvafiq bir çərçivədə təqdim etdiyimiz işlərlə təhlükəsizlik və nəzarət sistemləri sahəsində LİDER olmaqdır!!!

NİYƏ MƏHZ TURNİKET SİSTEMLƏRİ?

Turniketlər, eləcə də keçid nəzarət (Access Control) sistemləri istehsal müəssisələrinin, inzibati binaların, şirkət ofislərinin, məktəblərin, universitet kampuslarının, stadionların, istirahət və fitness mərkəzlərinin, əyləncə parkları və zooparkların, ticarət mərkəzlərinin girişində piyadaların giriş və çıxışlarına nəzarət etmək üçün ən effektiv vasitələrdən sayılır.

Belə ki, təhlükəsizlik baxımından, turniketin qolları əksər hallarda sadəcə bir istiqamətdə fırlanaraq, əks istiqamətdəki girişlərin qarşısını alır. Bununla da, turniket sistemlərinin varlığı şərait yaradır ki, təhlükəsizlik heyəti hər bir şəxsə ayrı-ayrılıqda nəzarət etsin və ehtiyac halında təhlükə vəd edə biləcək problemlərə tam zamanında müdaxilə olunsun. Həmçinin, təcili evakuasiya hallarında turniketlər asanlıqla gözə çarpdığı üçün, insanların çıxış istiqamətini təyin etməsində böyük rol oynayır.

Bundan başqa, turniketlərə inteqrasiya olunmuş kartlı, barmaq izli və ya üz oxuyuculu keçid nəzarət (Access Control) sistemləri vasitəsilə giriş-çıxışa dair hesabatlar əldə etmək mümkündür. Bu özəllik xüsusilə ofislər, fabriklər üçün çox əlverişli sayılır. Belə ki, məhz bu özəllik sayəsində, işçilərin giriş-çıxış saatları və ya davamiyyəti asanlıqla müəyyənləşdirilir.

Eləcə də, turniketlər və keçid nəzarət (Access Control) sistemləri sayəsində biznes obyektləri, öz istifadəçilərinin keçid sayını müəyyənləşdirə bilir və bir növ ödəniş sistemini avtomatlaşdırırlar. Çünki, turniketlər bir çox hallarda ödəniş qəbulundan sonra işə düşmək üçün hazırlanır. Sözügedən ödəniş qəpik və ya bənzərlərinin qəbulu, kağız və ya elektronik olaraq kodlaşdırılmış turniket kartlarının oxunması vasitəsilə həyata keçir. Müxtəlif sensorlar, enerji qəbulediciləri və işıqlarla təmin olunmuş, səmərəli çalışan turniket sistemləri fərqli tələblər qarşısında alternativ həll yolları təqdim etmək üçün hər zaman ideal seçimdir.

Fiziki məhdudiyyətli şəxslər turniket sistemlərindən istifadə zamanı müəyyən çətinliklərlə üzləşə bilərlər. Bu kimi hallarda VİP tuniketlərdən sayılan geniş qollu və ya mexaniki turniketlərə ehtiyac yaranır. Eyni zamanda bəzi obyektlərdə böyük yüklərin keçidini təmin etmək lazım gəlir ki, bu hallarda da geniş qollu turniketlərə zəmin yaranır. Saela şirkəti tərəfindən təqdim olunan F402 modeli məhz bu kimi hallar üçün istehsal olunmuşdur.

Saela T111 modeli əl gigiyenasına ehtiyac olan zavod, fabrik kimi istehsal obyektlərində istifadə üçün idealdır. Belə ki, bu model “Əl Gigiyenası Nöqtəsi” sistemi ilə, işçilərin əl gigiyenasını həyata keçirmədən istehsal sahəsinə daxil olmasının qarşısını alır. Sabun və sanitariya maddələrinin miqdarı avtomatik müəyyənləşdirilərək, cihazın içərisinə daxil edilən əllər tam şəkildə dezinfeksiya olunur. Təmizlənmə prosesi tam başa çatmamış cihaz şəxsin əllərini azad etmir.

İdman zallarında, fitnes mərkəzlərində istifadəçilərə müxtəlif abunə paketləri təqdim edilir. Bu paketlərdə keçid sayı aylıq, illik, limitli və ya limitsiz olmaqla təsnifatlaşdırıla bilir. Belə məkanlarda turniket sistemlərinə abunəçi təqibi proqramı quraşdırılaraq, abunəçilərin balanslarında olan keçid sayına görə, onların giriş-çıxışına nəzarət olunur. Bu proqram sayəsində abunəçi nəzarətini idman zalının daxilində də davam etdirmək mümkündür. Məsələn abunəçilərə zalda idman qidalarından, kokteyl, meyvə şirələrindən yararlanma imkanı verilərsə, istifadə sayını abunəçinin seçdiyi paketə uyğun olaraq məhdudlaşdırmaq olar.

Məhsullarımız

Bizimlə Əlaqə